Lənkəranda dağlıq ərazidə itkin düşən 8 nəfər xilas edilib (VİDEO)

Hadisə Materials 26 İyun 2026 09:56 (UTC +04:00)
Lənkəranda dağlıq ərazidə itkin düşən 8 nəfər xilas edilib (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəran rayonunun İstisu qəsəbəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə itkin düşən vətəndaşlar xilas edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin məlumatına görə, FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində çətin keçidli dağlıq-meşəlik ərazidə yolunu azaraq itkin düşən 8 nəfərin yeri müəyyən edilərək xilas edilib.

Qeyd edək ki, axtarışlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və kənd camaatı da iştirak edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti