Maliyyə sektoru mütəxəssislərinə tələbat artmağa davam edəcək - Metyu Hill

Maliyyə Materials 25 İyun 2026 17:28 (UTC +04:00)
Maliyyə sektoru mütəxəssislərinə tələbat artmağa davam edəcək - Metyu Hill
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Dünyada baş verən dəyişikliklərlə bərabər maliyyə xidmətləri sahəsində peşəkarlıq da inkişaf etməlidir və mütəxəssislərə artan tələbat yeni kadrların cəlb edilməsinə daha açıq yanaşma tələb edir.

Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bunu Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda Böyük Britaniyanın Sığorta İnstitutunun baş icraçı direktoru (CEO) Metyu Hill deyib.

"Peşə ictimaiyyət tərəfindən etibar edilən insanlar qrupudur. Peşəkarlar xüsusi biliyə malikdirlər və daha geniş ictimai məqsədə xidmət edən dəyər sisteminə və ya etika kodeksinə riayət edirlər" dedi Hill.

O qeyd edib ki, ənənəvi olaraq peşəkar təşkilatlara üzv olmaq, ixtisas almaq və peşə etikasına riayət etməklə yüksək peşəkarlıq təmin edilib.

“Mövcud model yeni reallıqlara uyğunlaşmalıdır.

Belə dəyişikliklərin əsas amillərindən biri də dünyada rifahın artmasıdır. Son onilliklərdə orta gəlirlər əhəmiyyətli dərəcədə artmış, yüz milyonlarla insan ifrat yoxsulluqdan xilas edilmiş, mallara, xidmətlərə, təhsilə və səhiyyəyə çıxış imkanları əhəmiyyətli dərəcədə genişlənmişdir.

Bu gün bütün dünyada insanların əvvəlkindən daha çox maliyyə xidmətlərinə və daha ixtisaslı mütəxəssislərə ehtiyacı var”, - deyə M.Hil bildirib.

O bildirib ki, getdiyi bütün ölkələrdə istedadlara çıxış məsələsi ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır.

"Londondan tutmuş Honq-Konqa qədər, istedad çatışmazlıqları görüşlərdə ən çox qaldırılan mövzudur. Bu o deməkdir ki, maliyyə xidmətləri sənayesi ictimaiyyətə inam yaradan yüksək standartları qoruyaraq, yeni istedadları cəlb etmək və yeni istedadlar üçün imkanlar yaratmaq üçün səylərini artırmalıdır.
Maliyyə sektorunun mütəxəssislərinə tələbat artır və bundan sonra da artacaq”.

Xəbər lenti

Xəbər lenti