Tramp Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək

Dünya xəbərləri Materials 25 İyun 2026 02:05 (UTC +04:00)
Tramp Ankarada keçiriləcək NATO sammitində iştirak edəcək

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşü zamanı Türkiyənin rolu və Prezident Rəcəb Tayyib Ərdoğanla münasibətləri barədə danışıb.

Tramp bildirib ki, Türkiyə lideri ilə münasibətləri olduqca yaxşıdır və onu güclü siyasi fiqur hesab edir.

"Ərdoğan mənim yaxın dostlarımdan biridir. O, güclü liderdir", – deyə ABŞ prezidenti qeyd edib.

O, həmçinin NATO-nun Ankarada keçiriləcək sammitində iştirak etməyi planlaşdırdığını vurğulayıb.

"İstəsəydim, həmin sammitə qatılmaya bilərdim. Lakin Ərdoğana olan hörmətimə görə tədbirdə iştirak edəcəyəm", – Tramp bildirib.

Türkiyəyə F-35 döyüş təyyarələrinin mümkün satışı ilə bağlı suala cavab verən ABŞ lideri Ankaranın maraqlarını nəzərə alan qərar veriləcəyinə işarə edib.

"Türkiyəni razı salacaq addım atacağıq", – deyə o bildirib.


Xəbər lenti

Xəbər lenti