Qarabağ Universitetində “Tələbə həyatının ritmi” adlı sosial-mədəni tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 24 İyun 2026 16:47 (UTC +04:00)
Qarabağ Universitetində “Tələbə həyatının ritmi” adlı sosial-mədəni tədbir keçirilib (FOTO)
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

Tədris ilinin yekunlaşması münasibətilə Qarabağ Universitetinin tələbə yataqxanasında universitetin müəllim və tələbə heyətinin iştirakı ilə “Tələbə həyatının ritmi” adlı sosial-mədəni tədbir təşkil olunub.

Qarabağ Universitetindən daxil olan məlumata görə, tədbir çərçivəsində müxtəlif interaktiv oyunlar və əyləncəli yarışlar keçirilib.

İncəsənət fakültəsinin musiqi ixtisası üzrə təhsil alan tələbələri tərəfindən musiqi ifaları təqdim olunub, Dizayn ixtisası tələbələrinin hazırladığı rəsm əsərləri isə sərgi formatında nümayiş etdirilib.

Eyni zamanda tələbələrin təşəbbüsü ilə yataqxana ərazisində quş yuvaları asılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti