Ordu və kəşfiyyata qabaqlayıcı tədbirlər görmək tapşırılıb - Zelenski

Dünya xəbərləri Materials 25 İyun 2026 00:37 (UTC +04:00)
Ordu və kəşfiyyata qabaqlayıcı tədbirlər görmək tapşırılıb - Zelenski

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski kəşfiyyat orqanları və Silahlı Qüvvələrə Rusiyanın müharibə imkanlarını genişləndirmək üçün istifadə etdiyi obyektlərə qarşı qabaqlayıcı zərbələr endirilməsi barədə göstəriş verdiyini açıqlayıb.

Bu barədə Zelenski, teleqram kanalında paylaşım edib.

Zelenskinin sözlərinə görə, Rusiya hava hücumundan müdafiə sistemlərini müxtəlif istiqamətlərdən çıxararaq Moskva, Valday və Krım körpüsü ətrafında cəmləşdirir.

"Yalnız Moskva vilayətində S-400, S-500 və “Pantsir” sistemləri üçün yüzlərlə buraxılış qurğusu yerləşdirilib. Bundan əlavə, Rusiyanın müxtəlif bölgələrindən Valday ərazisinə təxminən 90 HHM buraxılış qurğusu gətirilib. Rusiya rəhbərliyinin təhlükəsizliyini təmin etmək məqsədilə burada ayrıca HHM diviziyası da yaradılır", – deyə Ukrayna lideri bildirib.

O qeyd edib ki, hazırda Rusiyanın 60-dan çox regionunda yanacaq çatışmazlığı müşahidə olunur, benzin və dizel yanacağının qiymətləri isə kəskin şəkildə yüksəlib.

Zelenski vurğulayıb ki, Ukraynanın həyata keçirdiyi əməliyyatlar, o cümlədən Krım istiqamətində görülən tədbirlər dəqiq hesablamalara əsaslanır.

"Əgər tərəfdaşlarımızla müzakirə etdiyimiz imkanları əldə etsək, qısa müddətdə elə şərait yaradacağıq ki, Rusiya sülh yolunu seçməyə məcbur olsun", – deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti