Bakı. Trend:
İngiltərə və Qana futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda 0:0 hesabı ilə heç-heçə ediblər.
Qarşılaşma ABŞ-ın Massaçusets ştatının Foksboro şəhərində keçirilib.
Qana millisinin əsas heyətində Tomas Parti yer alıb. O, Kanada hakimiyyətinin viza verməkdən imtina etməsi səbəbindən Panama yığmasına qarşı ilk oyunu (1:0) buraxmışdı.
İngiltərə və Qana yığmaları 4 xal toplayıblar. L qrupunda həmçinin Xorvatiya və Panama komandaları da mübarizə aparır. Onlar ilk turdan sonra xal qazanmayıblar. Bu komandaların görüşü 24 iyun gecəsi Moskva vaxtı ilə keçiriləcək.