Bakı. Trend:
Azərbaycan və İordaniya arasında energe sektoru üzrə əməkdaşlıq imkanları müzakirə edilib.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.
"İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə iki ölkə arasında enerji əlaqələrinin inkişaf perspektivləri, neft-qaz və bərpa olunan enerji sahələrində əməkdaşlıq imkanları müzakirə olundu. Enerji tərəfdaşlığının inkişafına qarşılıqlı maraq ifadə olundu", - paylaşımda qeyd edilib.
