Brent markalı xam neftin qiyməti 75 dollardan aşağı düşüb

İqtisadiyyat Materials 24 İyun 2026 19:00 (UTC +04:00)
Brent markalı xam neftin qiyməti 75 dollardan aşağı düşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Brent markalı xam neftin qiyməti fevralın sonlarında Yaxın Şərqdə hərbi münaqişə başlayandan bəri ilk dəfə olaraq 1 barel üçün 75 dollardan aşağı düşüb.

London ICE Futures birjasında avqust ayı üçün Brent markalı neftin fyuçersləri 2,58 dollar (3,35%) ucuzlaşaraq bir barel üçün 74,5 dollara düşüb.

Hörmüz boğazından neft tədarükünün bərpa olunması ilə bağlı məlumatlar fonunda müqavilə 27 fevraldan bəri ən aşağı səviyyəyə düşüb.

Bu vaxta qədər WTI neftinin avqust fyuçerslərinin qiyməti Nyu-York NYMEX əmtəə birjasında elektron ticarətdə 2,29 dollar (3,13%) azalaraq bir barel üçün 70,92 dollara düşmüşdü.

Xəbər lenti

Xəbər lenti