Şoyqu BRICS iclasında müzakirə edilən məsələləri açıqladı

Dünya xəbərləri Materials 23 İyun 2026 20:34 (UTC +04:00)
Şoyqu BRICS iclasında müzakirə edilən məsələləri açıqladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdəki vəziyyətlə bağlı enerji çatışmazlığı məsələsi BRICS ali təhlükəsizlik nümayəndələrinin Nyu-Dehlidə keçirilən görüşündə müzakirə olunub.

Rusiya mediası yazır ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

Şoyqu Hindistana səfərindən sonra bildirib ki, görüş, həmişəki kimi, kifayət qədər aktiv keçib.

"Qeyri-ənənəvi təhlükəsizlik riskləri və təhdidləri də daxil olmaqla, təhlükəsizliyin bütün sahələrini əhatə edən geniş məsələlər müzakirə edildi. Təbii ki, bunlara informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, epidemiyalar və son zamanlar xüsusilə kəskinləşən bir çox digər məsələlər, məsələn, gübrələrdən tutmuş qida məhsullarına qədər müəyyən məhsulların çatışmazlığı riski daxildir", deyə Şoyqu qeyd edib.

Şoyqu deyib ki, Fars körfəzindəki vəziyyət müzakirə olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti