Bolqarıstan Azərbaycandan təbii qaz idxalının həcmini artırıb

Energetika Materials 23 İyun 2026 19:12 (UTC +04:00)
Bolqarıstan Azərbaycandan təbii qaz idxalının həcmini artırıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan Bolqarıstana 456,1 milyon kubmetr təbii qaz (qaz halında) 136 milyon ABŞ dolları dəyərində ixrac olunub.

Bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı “2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət əlaqələri” hesabatında bildirilib.

Qurumun məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 33,6 milyon ABŞ dolları və ya 19,8 faiz azalıb, həcm ifadəsində isə 3,7 milyon kubmetr və ya 0,8 faiz artıb.

Ümumilikdə, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan 8 ölkəyə 8,416 milyard kubmetr təbii qazı 2,536 milyard ABŞ dolları dəyərində ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 53 milyon ABŞ dolları və ya 17,3 faiz az, həcm ifadəsində isə 256 milyon kubmetr və ya 3,1 faiz çoxdur.

Bundan əlavə, 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan bir ölkədən — İran İslam Respublikasından 168 milyon kubmetr təbii qazı 11,307 milyon ABŞ dolları dəyərində idxal edib. Ötən ilin yanvar-aprel aylarında İrandan Azərbaycana təbii qaz ixracına dair məlumat açıqlanmayıb.

Xatırladaq ki, daha əvvəl SOCAR-ın Balkanlar üzrə regional ofisinin rəhbəri Murad Heydərov Trend-ə eksklüziv müsahibəsində bildirmişdi ki, Bolqarıstan şirkətin regiondakı fəaliyyətinin əsas istiqamətlərindən biri olaraq qalır. Onun sözlərinə görə, 2025-ci ildə SOCAR qaz təchizatı və sərhədlərarası nəqliyyat sahəsində fəaliyyətini, eləcə də qaz infrastrukturunun inkişafı üzrə layihələrin icrasını davam etdirib.

“Azərbaycan Qaz Təchizatı Şirkəti (Azerbaijan Gas Supply Company, AGSC) və SOCAR tərəfindən 2025-ci ildə Bolqarıstana qaz tədarükünün ümumi həcmi 2 milyard kubmetrə yaxın olub ki, bu da əvvəlki ilin göstəricisi ilə müqayisə oluna bilər. Gələcək tədarük dinamikası Bolqarıstan bazarındakı tələbdən və şirkətin regional qaz portfelinin inkişafından asılı olacaq.

Hibrid qazlaşdırma layihəsi çərçivəsində, yəni Bulgartransgaz şəbəkəsinə qoşulmayan ərazilərə sıxılmış təbii qazın çatdırılması üzrə 2025-ci ildə 46 sənaye və 5 sosial istehlakçıya qaz verilib. Layihə üzrə ümumi tədarük həcmi təxminən 80 milyon kubmetr qaz təşkil edib”, - deyə o qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti