Azərbaycanda Kasko sığortasına yeni yanaşmalar tətbiq ediləcək - Əliyar Məmmədyarov

İqtisadiyyat Materials 24 İyun 2026 11:10 (UTC +04:00)
Azərbaycanda Kasko sığortasına yeni yanaşmalar tətbiq ediləcək - Əliyar Məmmədyarov
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda avtonəqliyyat vasitələrinin könüllü sığortası (KASKO) sahəsində yeni yanaşmalar tətbiq ediləcək.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Əliyar Məmmədyarov Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində deyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanda sığorta sektorunun inkişafı istiqamətində mühüm nəticələr əldə olunub.

“Bu prosesdə sığorta şirkətlərinin xidmət çeşidinin genişlənməsi, xidmət keyfiyyətinin yüksəldilməsi, əhalinin sığorta savadlılığının artırılması, eləcə də Mərkəzi Bank tərəfindən həyata keçirilən sistemli islahatlar mühüm rol oynayıb.

Mərkəzi Bank tərəfindən maliyyə sektorunun inkişafına dair üçillik dövrü əhatə edən Strategiya da təsdiqlənib və burada sığorta bazarının inkişafı və dayanıqlılığına xüsusi diqqət ayrılıb.

Hazırda üçillik strategiyanın icrasının son ilidir və bu müddət ərzində bir sıra mühüm nəticələr əldə olunub”, - deyə o bildirib.

Ə.Məmmədyarov qeyd edib ki, sığorta şirkətlərində yeni idarəetmə modelinin tətbiqinə başlanılıb, korporativ idarəetmə sistemində komitələrin rolu artırılıb, idarəetmə orqanlarında müstəqil üzvlərin iştirakı genişləndirilib, həmçinin daxili nəzarət və risklərin idarə olunması xətləri formalaşdırılıb.

Onun sözlərinə görə, bu addımlar sığortaçıların fəaliyyətinin beynəlxalq qabaqcıl təcrübələrə uyğun təşkilinə imkan verib.

“Eyni zamanda, sığorta xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində də əhəmiyyətli addımlar atılıb.

Avtonəqliyyat vasitələrinin icbari sığortası sahəsində tətbiq olunan yeniliklər riskəsaslı yanaşmanın genişlənməsinə, sürücülərin intizamının yüksəldilməsinə, eləcə də üçüncü şəxslərin həyatına, sağlamlığına və əmlakına dəyən zərərlərin ödənilməsi mexanizmlərinin təkmilləşdirilməsinə şərait yaradıb.

Bank və sığorta sektorları arasında əməkdaşlıq daha da dərinləşib. Kredit öhdəlikləri olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyat sığortası üzrə yeni mexanizmlərin tətbiqinə başlanılıb”, - deyə o vurğulayıb.

Ə.Məmmədyarov əlavə edib ki, rəqəmsal transformasiya çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində elektron sığorta xidmətlərinin tətbiqi genişlənib, müqavilələrin bağlanması və xidmətlərin əldə olunması prosesləri daha çevik və rahat olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti