Bakı.Trend:
BMT ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının ABŞ ərazisi elan edilə biləcəyi barədə bəyanatından sonra bütün tərəfləri beynəlxalq hüquqa, eləcə də Hörmüz boğazında beynəlxalq dənizçilik hüquq və azadlıqlarına riayət etməyə çağırıb.
Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.
“Biz Hörmüz boğazında və onun ətrafında beynəlxalq dənizçilik hüquq və azadlıqlarının tam şəkildə bərpa olunmasına yenidən çağırırıq. Dənizçilik hüquq və azadlıqlarından istifadə beynəlxalq hüquqa uyğun olaraq bütün tərəflər tərəfindən təmin edilməlidir”, – Dujarrik deyib.
Qeyd edək ki, bundan əvvəl Tramp Nyu-York yaxınlığında yerləşən Nassau dairəsindəki polis akademiyasında çıxışı zamanı Hörmüz boğazını ABŞ ərazisi elan etmək niyyətində olduğunu bildirib.
