Bakı. Trend:
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti
tədarük həyata keçirilib.
Trend xəbər verir
ki, 8 vaqondan ibarət, çəkisi 560 ton olan buğda bu gün Biləcəri
stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit
keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton
propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 min ton taxta
göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın
dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
