Bakı. Trend:
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında I turun daha iki oyunu keçiriləcək.
Günün ilk matçında meydana "Araz-Naxçıvan" və "İmişli" komandaları çıxacaq. Qəbələ şəhər stadionunda təşkil olunacaq görüş saat 18:30-da başlayacaq.
Digər matçda isə son çempion "Sabah" "Kəpəz"i qəbul edəcək. Masazırda yerləşən "Bank Respublika Arena"da baş tutacaq qarşılaşma saat 20:45-də start götürəcək.
Qeyd edək ki, ötən gün mövsümün açılış matçında "Turan Tovuz" doğma meydanda "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib.
