Bakı. Trend:
PSJ "Ayaks"ın 21 yaşlı belçikalı vingeri Mika Qodtsun transferi ilə bağlı Amsterdam klubu ilə razılığa gəlib.
Bu barədə insayder Fabrizio Romano "X" sosial şəbəkəsində məlumat verib.
Paris klubu təklifini yaxşılaşdıraraq futbolçu üçün 55 milyon avro ödəməyə hazır olduğunu bildirib. "Ayaks" bu şərtlərlə razılaşıb, lakin tərəflər hələlik transferin rəsmiləşdirilməsini başa çatdırmayıblar — lazımi sənədlər hələ imzalanmayıb.
Qodts 2023-cü ilin yanvarından "Ayaks"ın formasını geyinir. O, həmin vaxt 1 milyon avro qarşılığında "Genk"dən Niderland klubuna transfer olunmuşdu.
Belçikalı futbolçu cari mövsümdə dörd oyunda meydana çıxaraq bir qol vurub və üç məhsuldar ötürmə edib.
Qeyd edək ki, PSJ-nin "Barselona"nın hücumçusu Ferran Torresi də heyətinə qatacağı barədə məlumat yayılıb.
