İsrail ordusu Qəzzada HƏMAS komandirlərindən birini zərərsizləşdirib

Dünya xəbərləri Materials 14 Avqust 2026 03:18 (UTC +04:00)

Bakı. Trend:

İsrail hərbçiləri Qəzza zolağında radikal Fələstin HƏMAS hərəkatının hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Qəzza şəhəri ərazisində həyata keçirilən hədəfli zərbə nəticəsində Camal Mahmud Əbu Kamil öldürülüb. İsrail hərbçilərinin məlumatına əsasən, o, 2023-cü il oktyabrın 7-də Fələstin radikallarının İsrail ərazisinə hücumunda iştirak edən şəxslərdən biri olub.

Ordunun bildirdiyinə görə, anklavda başlayan silahlı münaqişə zamanı, o cümlədən son aylarda Əbu Kamil HƏMAS tərəfində döyüş əməliyyatlarında iştirak edib. Açıqlamada qeyd olunub ki, Əbu Kamil “təhdidi aradan qaldırmaq məqsədilə” həyata keçirilən hava zərbəsi nəticəsində öldürülüb.

Xəbər lenti

Xəbər lenti