Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 14 Avqust 2026 09:40 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 1,53 ABŞ dolları və ya 1,6% ucuzlaşaraq 93,97 ABŞ dollarına enib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,69 dollar və ya 1,82% ucuzlaşaraq 91,00 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,01 dollar və ya 1,55% azalaraq 64,03 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,83 dollar və ya 0,89% azalaraq 92,73 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

“Trading Economics”in məlumatına görə, xam neftin qiyməti cümə günü bir barel üçün 81 dollar ətrafında olub. Bildirilib ki, investorlar Hörmüz boğazının yenidən açılması ilə bağlı diplomatik səyləri izlədikləri üçün bazarda gözləmə mövqeyi üstünlük təşkil edib.

"Mövcud fikir ayrılıqlarına baxmayaraq, Fars körfəzindən xam neft tədarükü davam edir. Bəzi tankerlər transponderlərini söndürərək hərəkət edir. Bununla belə, Hörmüz boğazından keçən gəmilər hələ də davamlı təhlükələrlə üz-üzədir.

ABŞ həmçinin bildirir ki, hazırda sutkada 9 milyon barelə qədər neft bu su yolu vasitəsilə daşınır. Eyni zamanda, ABŞ qüvvələrinin tankerləri müşayiət etmək imkanları genişlənməkdə davam edir.

Tələb tərəfinə gəldikdə isə, Beynəlxalq Enerji Agentliyi (IEA) bu həftə qlobal neft tələbatına dair proqnozunu aşağı salıb. Agentlik uzunmüddətli münaqişə və yüksək qiymətlərin neft istehlakına getdikcə daha çox təzyiq göstərdiyini bildirib.

OPEC də 2026-cı il üzrə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu sutkada 580 min barelədək azaldıb. Bu, təşkilatın proqnozunu ardıcıl dördüncü dəfə aşağı salmasıdır", - məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti