Ryanair reysi zamanı sərnişinin illüminatorda ilişməsinin səbəbi məlum olub

Dünya xəbərləri Xəbər 14 Avqust 2026 23:10 (UTC +04:00)
Ryanair reysi zamanı sərnişinin illüminatorda ilişməsinin səbəbi məlum olub
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 10-da Yunanıstanın Saloniki şəhərindən Almaniyanın Memmingen şəhərinə uçan təyyarədə olan turist salonun sınmış illüminatorunda başı ilişmiş vəziyyətdə qalıb və digər sərnişinlər onu təyyarənin daxilinə çəkməli olublar.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) cümə axşamı yaydığı məlumata görə, hadisəyə mühərrikdən qopan qalıqlar səbəb olub.

Araşdırma ilə bağlı ilkin hesabatda bildirilir ki, təyyarə qalxarkən mühərrikin ventilyator pərlərindən biri yerindən qopub.

“Mühərrikdən qopan qalıqlar təyyarənin gövdəsini deşərək salonun hermetikliyinin pozulmasına səbəb olub”, — deyə hesabatda qeyd edilir.

Hesabatda daha sonra bildirilir ki, stüardessa sərnişinin “zədələnmiş salon pəncərəsində qismən ilişib qaldığını və pəncərənin bütövlükdə yerində olmadığını” müəyyən edib. Sənədə əsasən, sərnişin ağır xəsarət alıb.

Müstəntiqlər mühərrikin daxilində quş qalıqları aşkar ediblər. Bununla belə, onlar pərin qopmasına səbəb olan amillə bağlı hələlik hər hansı nəticəyə gəlməyiblər.

NTSB-nin məlumatına görə, mühərrikdən qopan qalıqlar təyyarənin gövdəsinin digər hissələrinə də ziyan vurub.

NTSB-nin tam araşdırması iki ilə qədər davam edə bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti