ABŞ-nin Miçiqan ştatında silsilə qətllər nəticəsində 6 nəfər ölüb

Dünya xəbərləri Materials 15 Avqust 2026 06:40 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Miçiqan ştatında 39 yaşlı silahlı şəxs cümə günü silsilə qətllər törədərək beş nəfəri öldürüb, daha sonra isə intihar edib. Bu barədə ştat polisi məlumat yayıb.

Polisin açıqlamasına görə, yerli vaxtla saat 11:40 radələrində Missauki dairəsindəki evdə baş vermiş atışma barədə məlumat daxil olduqdan sonra hadisə yerinə gələn əməkdaşlar üç nəfərin meyitini, bir nəfərin isə ağır yaralı vəziyyətdə olduğunu aşkar ediblər.

Polisin bildirdiyinə görə, şübhəli Çad Hikman hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə çatmamış qaçıb. Bundan sonra genişmiqyaslı axtarış əməliyyatı başlayıb. Axtarış zamanı başqa bir evdə daha bir nəfərin meyiti tapılıb.

Daha sonra Hikmanın avtomobili Koldvell taunşipindəki Uitlok gölü yaxınlığında aşkar edilib. Bu, polis əməkdaşlarını meşədə həm şübhəlinin, həm də daha bir nəfərin meyitinə çıxarıb.

Qətllərin motivi hələlik məlum deyil. Səlahiyyətli qurumlar hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildiriblər.

Xəbər lenti

Xəbər lenti