Hörmüz böhranı Almaniyanın nəhəng gəmiçilik şirkətinin xərclərini 600 milyon dollara çatdırıb

Dünya xəbərləri Materials 13 Avqust 2026 14:26 (UTC +04:00)
Hörmüz böhranı Almaniyanın nəhəng gəmiçilik şirkətinin xərclərini 600 milyon dollara çatdırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Dünyanın aparıcı konteyner daşımaları şirkətlərindən biri olan “Hapag-Lloyd “Yaxın Şərqdəki münaqişə səbəbindən Hörmüz boğazının bağlanmasının ikinci rübdə şirkətin xərclərini az qala 600 milyon dollara çatdırdığını açıqlayıb.

Bu barədə “Al-Jazeera” telekanalı məlumat yayıb.

Gəmçilik nəhəngi bildirib ki, onun xalis mənfəəti ötən ilin eyni dövründəki 306 milyon dollardan 83 milyon dollara qədər azalıb. Şirkət əlavə edib ki, Asiyadan ixracın yüksək olması və ABŞ-də tələbatın yaxşılaşması Yaxın Şərqdəki vəziyyətin yaratdığı itkiləri qismən kompensasiya edib.

Şirkətin “Liner Shipping” seqmentində əməliyyat mənfəəti 167 milyon dollardan 153 milyon dollara düşüb. Buna boğazın bağlanmasından sonra yanacaq, sığorta, saxlama, marşrutların dəyişdirilməsi və quru nəqliyyatı ilə bağlı əlavə xərclərin yaranması səbəb olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti