Qahirədə ticarət mərkəzindəki partlayış nəticəsində 3 nəfər ölüb

Hadisə Materials 14 Avqust 2026 00:59 (UTC +04:00)
Qahirədə ticarət mərkəzindəki partlayış nəticəsində 3 nəfər ölüb

Bakı. Trend:

Qahirənin şərqindəki “Arabella Plaza” ticarət mərkəzində helium balonunun partlaması nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb.

Bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, bütün zərərçəkənlər artıq xəstəxanaya yerləşdirilib.

Daxili İşlər Nazirliyi hadisənin hədiyyə mağazasında baş verdiyini və partlayış nəticəsində yanğın olduğunu bildirib. Nazirlik əlavə edib ki, yanğın söndürülüb və təhlükəsizlik qüvvələri hadisənin səbəblərini araşdırır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti