Böyük Britaniya nüvə silahına malik "ilk İslam Respublikası" olacaq – Netanyahu

Dünya xəbərləri Materials 15 Avqust 2026 05:01 (UTC +04:00)
Böyük Britaniya nüvə silahına malik "ilk İslam Respublikası" olacaq – Netanyahu
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin baş naziri Benyamin Netanyahu hesab edir ki, nüvə silahına malik "ilk İslam Respublikası" Böyük Britaniya olacaq.

"Nüvə silahına malik ilk İslam Respublikası Britaniya İslam Respublikası olacaq. Buna görə də biz İranın da belə bir respublikaya çevrilməməsinə çalışırıq", – deyə Netanyahu "Qaley TSAXAL" hərbi radiosuna müsahibəsində bildirib.

İsrailin baş naziri həmçinin qeyd edib ki, Böyük Britaniyanın İkinci Dünya müharibəsi dövründəki lideri Uinston Çörçillin oğlu və nəvəsi jurnalist olublar və onun sözlərinə görə, 1967-ci ilin yayında baş vermiş Altıgünlük müharibə haqqında "İsrailə müsbət münasibət formalaşdıran reportajlar" hazırlayıblar.

"Onlar bura gəlib Altıgünlük müharibəni bizim üçün çox müsbət şəkildə işıqlandırırdılar. Bugünkü Britaniyada buna bənzər bir şeyi tapmağa çalışın", – deyə Netanyahu vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti