Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Qalağan kəndində növbəti səyyar qəbul keçirib

Cəmiyyət Materials 14 Avqust 2026 17:21 (UTC +04:00)
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Qalağan kəndində növbəti səyyar qəbul keçirib
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayonun idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə Qalağan kəndində növbəti səyyar qəbul keçirib.

Qəbulda Qalağan inzibati ərazi dairəsinə daxil olan Qalağan, Hacılar, Sayad, Keymərəz, Ərəb və Məmmədxanlı kəndlərinin sakinləri iştirak ediblər.

Sakinlər elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri, su təchizatının yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qaldırılan məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Bir çox müraciət yerindəcə həll olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti