9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Cəmiyyət Materials 14 Avqust 2026 18:43 (UTC +04:00)
9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

"Məhdudiyyət səbəbindən 112, 140, 140E, 141, 144, 146, 182, 340 və 446 nömrəli müntəzəm marşrutların hərəkəti Mərdəkan-Qala şosesi, 28 May, Dəmiryolçular, Xəzri və Baba Əliyev küçələri ilə təşkil edilib", - deyə qeyd olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti