Bakı. Trend:
Təmir işləri ilə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, məhdudiyyət avqustun 14-ü saat 08:00-dan etibarən tətbiq ediləcək və təmir işləri başa çatanadək qüvvədə olacaq.
Nəqliyyat vasitələrinin hərəkəti aşağıdakı küçələrin müəyyən hissələrində məhdudlaşdırılacaq:
• Həsən Abdullayev küçəsi – Rostropoviçlər küçəsindən Yusif bəy İbrahimli küçəsinədək;
• Rostropoviçlər küçəsi – Bünyad Sərdarov küçəsindən Nizami küçəsinədək;
• Nizami küçəsi – Rostropoviçlər küçəsindən Səid Rüstəmov küçəsinədək;
• Səid Rüstəmov küçəsi – Nizami küçəsindən Bünyad Sərdarov küçəsinədək;
• Əhməd Cavad küçəsi – Yusif bəy İbrahimli küçəsindən Səid Rüstəmov küçəsinədək;
• Lermontov küçəsi – Bünyad Sərdarov küçəsindən Əhməd Cavad küçəsinədək;
• Həsən Seyidbəyli küçəsi – Bünyad Sərdarov küçəsindən Mehdi Hüseyn küçəsinədək;
• İlqar İsmayılov küçəsi – Nəcəf bəy Vəzirov küçəsindən Zivər bəy Əhmədbəyov küçəsinədək.
Sürücülərdən hərəkətlərini əvvəlcədən planlaşdırmaları, alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.
