Hörmüzdə tanker dron hücumuna məruz qalıb

Dünya xəbərləri Materials 14 Avqust 2026 14:56 (UTC +04:00)
Hörmüzdə tanker dron hücumuna məruz qalıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yaxın Şərq regionunda gərginliyin davam etməsi fonunda Hörmüz boğazında daha bir ticarət gəmisi hücuma məruz qalıb.

Bu barədə Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyinin (UKMTO) məlumat yayıb.

Bildirilib ki, tanker Hörmüz boğazından çıxış istiqamətində hərəkət edərkən pilotsuz uçuş aparatı tərəfindən vurulub.

Agentlik qeyd edib ki, tankerə cümə axşamı zərbə endirilib və gəmi cüzi zərər görüb. Bütün ekipaj üzvlərinin təhlükəsiz və salamat olduğu bildirilir. Hadisənin ətraf mühitə heç bir təsir göstərmədiyi qeyd olunub.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının bağlandığını bildirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti