Bakı.Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna böhranının Ağ Evin rəhbəri Donald Trampın rəhbərliyi altında sülh yolu ilə nizamlanmasına dair yeni təklif irəli sürüb.
Bu barədə Ukrayna lideri CNN telekanalına verdiyi müsahibədə danışıb.
Jurnalist Zelenskidən həmin planın tam yeni olduğunu yoxsa əvvəl mövcud olmuş plana müəyyən düzəlişlərin olduğunu öyrənməyə çalışıb.
“Mən təfərrüatlara varmaq istəmirəm. Sülh planında Amerika tərəfi iştirakını daha da artırmalıdır. Bu (təşəbbüsü) davam etdirmək istəklərinə görə, prezident Trampın komandasına minnətdaram”, -deyə Zelenski bildirib.
