Bakı.Trend:
Böyük Britaniyanın Baş naziri Endi Bernem ölkədə hökm sürən kəskin isti hava və quraqlıqla əlaqədar hökumətin fövqəladə hallar üzrə “Kobra” komitəsinin iclasını çağırıb.
Bu barədə “Sky News” telekanalı məlumat yayıb.
İclas növbəti istilik dalğası ərəfəsində - çərşənbə günü keçiriləcək. Cümə axşamı ölkənin bir sıra bölgələrində temperaturun 38 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
İlin əvvəlindən Britaniya adalarında temperaturun 30 dərəcə və daha yüksək olduğu günlərin sayı artıq 35-ə çatıb ki, bu da rekord göstəricidir.
Hazırda 45 milyon insanın yaşadığı İngiltərə ərazisinin təxminən dörddə üçü uzunmüddətli isti hava və demək olar ki, tamamilə yağıntının olmaması şəraitində quraqlıqdan əziyyət çəkir. İyul İngiltərədə son 190 ilin ən quraq ayı olub. Krallığın böyük hissəsində sudan istifadəyə məhdudiyyətlər tətbiq edilir. Bu məhdudiyyətlər on milyonlarla insana şamil olunur
