Bakı. Trend:
2026-cı ilin I yarısında bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13.8% artaraq 9.3 milyard manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında bildirilib.
Məlumata əsasən, ümumi sərmayə qoyuluşunun 5.04 milyard manatı və ya 54.2%-i məhsul istehsalı sahələrinin payına düşüb.
“Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 34.3%, qeyri-neft-qaz sektoruna isə 5.5% artıb. Qeyri-neft-qaz sektoruna qoyulmuş 2.5 milyard manat investisiyanın 0.3 milyard manatı qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilib. İnvestisiyaların 41.8%-i dövlət, 58.2%-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.
Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 74.2%-ni təşkil edib. İnvestisiya qoyuluşunun tərkibində əsas payı sənaye (46%), nəqliyyat və anbar təsərrüfatı (23.1%) və tikinti (20.9%) sahələri təşkil edib. Sənaye sektoruna investisiya qoyuluşu ötən ilin eyni dövrü ilə müqayisədə 21% artıb. Bu artım, əsasən, mədənçıxarma sənayəsinə sərmayə qoyuluşu ilə əlaqədardır”.
