“Azeronline”da müqavilələr “SİMA İmza” ilə tam rəqəmsal!

İqtisadiyyat Materials 11 Avqust 2026 11:04 (UTC +04:00)
“Azeronline”da müqavilələr “SİMA İmza” ilə tam rəqəmsal!

Bakı.Trend:

SİMA rəqəmsal imzanın “Azeronline” internet provayderi tərəfindən abunəçi müqavilələrinin imzalanması prosesində tətbiqinə başlanılıb.

Tətbiq edilən innovativ həll sayəsində xidmətə qoşulma prosesi tam elektron formata keçirilib, kağız sənəd dövriyyəsinə olan ehtiyac əhəmiyyətli dərəcədə azaldılıb.

Yeni sistem çərçivəsində “Azeronline” abunəçiləri müqavilələri “SİMA İmza” tətbiqi vasitəsilə məsafədən və təhlükəsiz şəkildə imzalaya bilirlər. Bununla da müqavilənin imzalanması prosesi heç bir fiziki müraciət olmadan bir neçə dəqiqə ərzində tamamlanır.

Müqavilələrin rəqəmsallaşdırılması xidmətə qoşulma müddətini əhəmiyyətli dərəcədə qısaldacaq, əməliyyatların çevikliyini və səmərəliliyini artıracaq.

“SİMA İmza” haqqında

SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən yaradılıb. Bu həll istifadəçilərə sənədləri fiziki daşıyıcıya ehtiyac olmadan, istənilən vaxt, istənilən yerdən sürətli şəkildə imzalamaq imkanı yaradır. Vətəndaşlar SİMA rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən, mobil tətbiq vasitəsilə ödənişsiz əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti