Bakı.Trend:
Yunanıstanın yanğınsöndürənləri Afinadan 30 kilometr aralıda, Attika yarımadasının mərkəzində səhər saatlarından başlayan yanğınla mübarizə aparırlar.
Bu barədə “ERT-news” telekanalı məlumat yayıb.
Yanğın bəzi ərazilərdə Aqios-Stilyanos yaşayış məntəqəsindəki evlərə təhlükəli dərəcədə yaxınlaşıb. Alov burada bitki örtüyünü məhv edib və yanğın ocağının yaxınlığında yerləşən heyvandarlıq təsərrüfatının binasına ziyan vurub.
Aqios-Stilyanos sakinlərinə və ətraf ərazilərdə yaşayanlara Kaliviya-Toriku şəhəri istiqamətində təxliyə olunmaları barədə təcili göstəriş verilib.
Yanğının söndürülməsinə 42 yanğınsöndürən avtomobildə 197 yanğınsöndürən cəlb olunub. Qrupun tərkibində Fransadan 23, Rumıniyadan isə 24 yanğınsöndürən də yer alır.
