Bakı. Trend:
Seysmoloqlar ötən həftə Kamçatka sahillərində baş vermiş 15 ən nəzərəçarpan zəlzələni qeydə alıblar.
Bu barədə bazar ertəsi Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.
“Avqustun 3-dən 9-dək 15 hiss olunmayan seysmik hadisə qeydə alınıb”, - deyə məlumatda bildirilir.
FHN-in məlumatına görə, ötən sutka ərzində Kamçatka yaxınlığında bir zəlzələ baş verib. Zəlzələ yaşayış məntəqələrində hiss olunmayıb.