Hörmüz boğazı Tehran-Məsqət razılaşması ilə açılası deyil – Bəqai

Dünya xəbərləri Materials 10 Avqust 2026 12:15 (UTC +04:00)
Hörmüz boğazı Tehran-Məsqət razılaşması ilə açılası deyil – Bəqai
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Hörmüz boğazı İran və Oman arasında fikir ayrılığına görə bağlanmayıb ki, Tehran və Məsqət arasında razılaşma əsasında açılsın.

Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (10 avqust) Tehranda keçirilən mətbuat konfransında deyib.

“Hörmüz boğazının bağlanmasının səbəbi ABŞ və İsrailin İrana hərbi hücumları, eləcə də Fars körfəzinin cənub sahillərində yerləşən bazalardan İrana hücum tədarükü görməsidir”, - deyə o qeyd edib.

Bəqai bildirib ki, buna əsasən İran və Oman arasında gəmiçilik marşrutunun təyin olunmasının ikitərəfli bir məsələ olması təbii haldır. Hörmüz boğazı ilə bağlı anlaşmanın mütləq başqa ölkələrin beynəlxalq gəmiçiliyinə mənfi təsirləri də olacaq. Lakin bu müzakirə iki sahilyanı ölkə arasında müəyyən hədəflə aparılan ikitərəfli müzakirədir.

“Hal-hazırda müharibə vəziyyəti davam edir. BMT Baş Assambleyasının 3314 saylı qətnaməsinə əsasən dəniz blokadası təcavüzkar addım olaraq qiymətləndirilir. ABŞ-nin İran əleyhinə dəniz blokadası, ABŞ tərəfindən digər pozuntu halları davam etdiyi zamana qədər Hörmüz boğazının təhlükəsiz marşruta çevrilməsi üçün şəraitin yarandığını söyləmək mümkün olmayacaq. Buna əsasən ABŞ tərəfi öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi və İrana dəyən ziyanın əvəzini çıxdığı halda növbəti addımlar haqda danışmaq olar”, -deyə o bildirib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. İran tərəfi hazırda Hörmüz boğazının bağlandığını bildirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti