Bakı.Trend:
ABŞ-İran münaqişəsi fonunda İranın üzləşdiyi hərbi təziyqlər Tehranı danışıqlarda güzəştə getməyə məcbur edəcək.
Bunu ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts “Fox News” telekanalına müsahibəsində bildirib.
Mayk Uoltsun ABŞ maliyyə naziri Skott Bessentin həyata keçirdiyi iqtisadi əməliyyatın “İran iqtisadiyyatını məhv etdiyini” deyib və İran tərəfinin danışıqlar masasına daim pul tələbi ilə gəldiyini iddia edib.
“İran bizim danışıqlar aparan nümayəndələrimizlə masaya gələndə söhbət puldan, puldan və puldan gedir. Çünki onlar bombardmanlara tab gətirməyəcəklər. Bunu yarı ciddi, yarı zarafat deyirəm. Hazırda iranlılar müdafiə naziri Hegsethdən daha çox maliyyə naziri Bessentdən qorxurlar”, – deyə Uolts müsahibəsində bildirib.
