İran rəsmisi Məkkə Sazişi ölkələrinə xəbərdarlıq edib

Dünya xəbərləri Materials 8 Avqust 2026 23:05 (UTC +04:00)
İran rəsmisi Məkkə Sazişi ölkələrinə xəbərdarlıq edib
Müqəddəs Mustafayev
Müqəddəs Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

İran parlamentinin (Məclisin) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi Məkkə Sazişinin iştirakçısı olan ölkələri Tehrana qarşı mümkün addımlardan çəkinməyə çağırıb.

Bu barədə İbrahim Əzizi "X" sosial şəbəkəsində yazıb.

“Məkkə Sazişi nümayiş edir ki, ərəb ölkələri nəhayət təhlükəsizliyin region ölkələri arasında əməkdaşlıqdan asılı olduğunu dərk ediblər, lakin onlar hələ də düzgün yolu tapa bilməyiblər!” – deyə o bildirib.

Əzizi həmçinin İrana qarşı mümkün addımların nəticələri barədə xəbərdarlıq edərək vurğulayıb ki, “heç bir səhv cavabsız qalmayacaq”.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman, eləcə də Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Məkkə Birgə Müdafiə Sazişini imzalayıblar. BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş qanuni özünümüdafiə hüququna əsaslanan sazişə görə, onu imzalayan üç dövlətdən hər hansı birinə qarşı həyata keçirilən silahlı hücum bütün tərəflərə qarşı edilmiş hücum kimi qəbul olunacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti