Bakı.Trend:
Səudiyyə Ərəbistanı krallığa qarşı, ehtimal ki, Yəməndəki husilər, İranın dəstəklədiyi İraq silahlı qruplaşmaları və İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən hazırlanan hücumlarla bağlı kəşfiyyat məlumatları əldə edib.
Bu barədə "Al Arabiya" telekanalı məlumatlı mənbəyə istinadən xəbər verib.
Mənbənin sözlərinə görə, İranın dəstəklədiyi qruplar və SEPAH-ın Səudiyyə Ərəbistanına hücum hazırladığına dair "etibarlı kəşfiyyat məlumatları" mövcuddur. O bildirib ki, əldə olunan məlumatlar hücumların hazırlanması zamanı Yəmən husilərinin, İraq silahlı qruplaşmalarının və SEPAH-ın fəaliyyətini koordinasiya etdiyini göstərir.
Mənbə qeyd edib ki, toplanmış kəşfiyyat məlumatlarının bir hissəsi mümkün eyni vaxtda həyata keçiriləcək hücumlara hazırlıq çərçivəsində raketlərin və pilotsuz uçuş aparatlarının (PUA) hərəkət trayektoriyasının müşahidəsini əhatə edir. Onun sözlərinə görə, ehtimal olunan hücumların hədəfi mülki və enerji obyektləri, o cümlədən kritik infrastruktur, hava limanları və dəniz limanları ola bilər.
