Pentaqonda fövqəladə iclas keçiriləcək

Dünya xəbərləri Materials 6 Avqust 2026 12:29 (UTC +04:00)
Pentaqonda fövqəladə iclas keçiriləcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Pentaqonda sursat çatışmazlığı ilə bağlı fövqəladə iclas keçiriləcək.

Bu barədə "NBC News" telekanalı öz mənbələrinə stinadən məlumat yayıb.

Məlumata görə, bu ABŞ Prezidenti Donald Trampın maddi-texniki təchizat məsələlərinə cavabdeh olan Stiven Faynberqə (ABŞ Müharibə nazirinin müavini-red) şəxsən zəng etməsindən sonra qərara alınıb.

"ABŞ hərbi nazirliyinin rəhbərliyində ikinci şəxs olan Faynberq cümə axşamı axşam saatlarında hərbi və müdafiə satınalmalarına cavabdeh yüksək vəzifəli rəsmiləri ABŞ-də sursat çatışmazlığına operativ reaksiya yollarını müzakirə etmək üçün təcili toplantıya çağırıb. Bu qərar Prezident Trampın qəzəbli telefon zəngindən sonra qəbul edilib", – telekanal bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti