Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və daş kömür göndəriləcək

İqtisadiyyat Materials 7 Avqust 2026 09:45 (UTC +04:00)
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə buğda və daş kömür göndəriləcək
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda, 10 vaqon daş kömür göndəriləcək.

Trend xəbər verir ki, buğda və daş kömür yüklü vaqonlar sabah Biləcəri stansiyasından yola salınacaq.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit qaydasında 36 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 414 ton antrasit və 67 min ton taxta materialları daşınıb.

Məlumata görə, eyni dövrdə Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, həmçinin 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti