Yəməndə husilərin hücumu nəticəsində 45 hərbçi həlak olub

Dünya xəbərləri Materials 6 Avqust 2026 17:56 (UTC +04:00)
Yəməndə husilərin hücumu nəticəsində 45 hərbçi həlak olub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

"Ənsar Allah" hərəkatından olan husilərin Yəmənin Mərib və Hadramaut əyalətlərində ordunun mövqelərinə hücumları nəticəsində azı 45 yəmənli hərbçi həlak olub.

Bu barədə "Al Hadath" telekanalı hərbi mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, husilər iki hərbi düşərgəyə hücum ediblər. Onlardan biri ölkənin şimal-şərqində beynəlxalq səviyyədə tanınmış hökumətin əsas dayaq məntəqəsi olaraq qalan Mərib əyalətində, digəri isə şərqdə yerləşən Hadramaut əyalətində yerləşir. Hücumların dəqiq nə vaxt həyata keçirildiyi barədə məlumat verilməyib.

Çərşənbə günü husilərin Yəmənin qərbində yerləşən Əl-Hodeyda əyalətinin cənubunda hökumət qüvvələrinin mövqelərinə qarşı genişmiqyaslı hücuma cəhd etdiyi bildirilmişdi.

Qeyd edək ki, Yəməndə hökumət qüvvələri ilə husi silahlı birləşmələri arasında qarşıdurma 2014-cü ilin avqustundan davam edir. 2022-ci ildə BMT-nin vasitəçiliyi ilə əldə olunan atəşkəsdən sonra ölkədə genişmiqyaslı döyüş əməliyyatları faktiki olaraq dayandırılsa da, bir sıra bölgələrdə vaxtaşırı lokal silahlı toqquşmalar baş verir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti