Azərbaycan boks millisi Türkmənistanla birgə Avropa çempionatına hazırlaşır

İdman Materials 6 Avqust 2026 19:16 (UTC +04:00)
Azərbaycan boks millisi Türkmənistanla birgə Avropa çempionatına hazırlaşır
Aləmdə Nəsib
Aləmdə Nəsib
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan boks millisi Türkmənistanla birgə Avropa çempionatına hazırlaşır.

Bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi internet saytında dərc olunan məlumatda qeyd edilib.

Bildirilib ki, kişi boksçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışının növbəti mərhələsinə start verib:

"Hazırlıqlar baş məşqçi Ravşan Xocayevin rəhbərliyi altında Almaniyadan sonra Bakıda davam etdirilir".

"Bakı Boks Mərkəzində təşkil olunan toplanışda yığmamızla yanaşı, Türkmənistan millisi də iştirak edir. Birgə məşqlər avqustun 22-də yekunlaşacaq. Toplanış Bolqarıstanda keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır", - deyə məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti