300 min manat nizamnamə kapitalı olan BOKT fəaliyyətini dayandırır

İqtisadiyyat Materials 6 Avqust 2026 12:00 (UTC +04:00)
300 min manat nizamnamə kapitalı olan BOKT fəaliyyətini dayandırır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Evro-Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) ləğv olunduğunu elan edib.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində məlumat dərc olunub.

Məlumata əsasən, təşkilatın kreditorları tələblərini iki ay ərzində AZ1004, Bakı şəhəri, Səbail rayonu, Badamdar ŞTQ, Massiv 1, ev 262A ünvanına təqdim edə bilərlər.

Qeyd edək ki, "Azərbaycan Evro-Kredit" MMC 2020-ci ildə 300 min manat nizamnamə kapitalı ilə yaradılıb. Təşkilatın qanuni təmsilçisi Rasim Kamil oğlu Eyvazovdur.

Xatırladaq ki, bank olmayan kredit təşkilatları (BOKT) Mərkəzi Bankın verdiyi lisenziya əsasında kreditlərin verilməsi və "Bank olmayan kredit təşkilatları haqqında" qanunla müəyyən edilmiş digər maliyyə xidmətlərinin göstərilməsi ilə məşğul olurlar.

Hazırda Azərbaycanda Mərkəzi Bankın reyestrində 50-dən çox lisenziyalı BOKT fəaliyyət göstərir. Bunlar arasında "Aqrarkredit" QSC BOKT, "PARA" BOKT ASC, "FİNCA Azerbaijan" QBKT, "KredAqro" BOKT MMC, "FinEx Kredit" BOKT ASC, "AzFinans" BOKT MMC, "İrşad BOKT" MMC, "AZPUL" BOKT MMC, "Nova Credit BOKT" MMC və digər təşkilatlar yer alır.

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ötən il mətbuat konfransında bildirmişdi ki, tənzimləyici qurum üçün əsas prioritet kreditlərin sürətlə artması deyil, maliyyə sabitliyinin qorunması və dayanıqlı kreditləşmənin təmin edilməsidir.

"Biz bank olmayan kredit təşkilatları (BOKT), ümumiyyətlə, mikromaliyyələşdirilmə sahəsində kifayət qədər çox yeniliklər gətirəcəyik. BOKT-larla bağlı qaydalara etdiyimiz dəyişikliklər hesab edirik ki, sektorun inkişafına dəstək olacaq. Gündəlik kreditlərin inkişafı, onların sürətlə artırılması Mərkəzi Bankın marağında deyil. Çünki həm maliyyə institutu, həm də istehlakçı kifayət qədər risklərlə üzləşə bilər. Ona görə də həmin sahələrdə risklərin yüksək olduğunu nəzərə alaraq ehtiyat tələblərini artırmışıq. Gündəlik kreditlərin artımı Mərkəzi Bankın strateji sektorun inkişafı baxımından maraqlı deyil", – deyə AMB sədri vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti