BMT-nin Baş katibi Qara və Azov dənizlərində sərbəst gəmiçiliyin təmin edilməsinə çağırıb

Dünya xəbərləri Materials 6 Avqust 2026 23:33 (UTC +04:00)
BMT-nin Baş katibi Qara və Azov dənizlərində sərbəst gəmiçiliyin təmin edilməsinə çağırıb

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş Qara və Azov dənizlərindəki təhlükəsizlik vəziyyətindən narahatdır və bu ərazilərdə sərbəst gəmiçiliyin təmin edilməsinə çağırıb.

Bu barədə BMT Baş katibinin sözçüsü Fərhan Haq brifinq zamanı deyib.

"Baş katib Qara və Azov dənizlərində naviqasiya təhlükəsizliyinə artan risklərdən və qlobal ərzaq vəziyyəti üçün potensial nəticələrdən ciddi şəkildə narahatdır", - deyə o bildirib.

Onun sözlərinə görə, A. Quterreş "bütün müvafiq tərəfləri beynəlxalq hüquqa uyğun olaraq naviqasiya azadlığını və mülki limanların və dəniz infrastrukturunun qorunmasını təmin etməyə çağırır".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti