İran və Oman Hörmüzdən 3-7 faizlik keçid haqqını nəzərdən keçirir

Dünya xəbərləri Materials 6 Avqust 2026 11:30 (UTC +04:00)
İran və Oman Hörmüzdən 3-7 faizlik keçid haqqını nəzərdən keçirir
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İran və Oman ticarət gəmilərinin tranziti üçün gəmidə daşınan yükün bəyan edilmiş dəyərinin 3–7 faizi həcmində tranzit rüsumunun tətbiqi imkanını nəzərdən keçirir.

“Reuters”in məlumatllı mənbələrə istinadən verdiyi xəbərə görə, bu məsələ hər iki ölkədən olan nümayəndə heyətləri arasında Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı aparılan danışıqlarda müzakirə olunub.

Agentliyin məlumatına görə, İran tərəfi 5–7 faiz həcmində rüsumun tətbiqində israrlıdır. Oman isə daha aşağı – 3 faiz dərəcəsinin müəyyənləşdirilməsini təklif edir. Eyni zamanda, ABŞ Hörmüz boğazından tranzitə görə İranın xeyrinə hər hansı xidmət haqqının tətbiqinə qəti şəkildə qarşı çıxır.

Fars körfəzi ölkələri də hesab edirlər ki, əgər belə ödənişlər barədə razılıq əldə olunarsa, gəmi sahibləri tərəfindən ediləcək bütün ödənişlər yalnız könüllü xarakter daşımalıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti