Ağcabədidə ağır qəza - Xəsarət alanlar var (FOTO) (YENİLƏNİB)

Hadisə Materials 5 Avqust 2026 10:36 (UTC +04:00)
Ağcabədidə ağır qəza - Xəsarət alanlar var (FOTO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi.Trend:

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alanlardan birinin vəziyyəti ağırdır.

TƏBİB-dən verilən məlumata görə, 1991 ci il təvəllüdlü şəxs (kişi) avqustun 4-də 01:35 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Ona döş qəfəsinin qapalı travması və bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmalar diaqnozu təyin olunub.

Məlumata görə, xəsarət alan şəxsin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

xxx
09:58

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in Qarabağ bürosunun məlumatına görə, qəza rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, “Toyota” və “VAZ-2107” markalı iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti