Bakı. Trend:
Avqustun 6-da Azərbaycanda 39 dərəcəyədək isti müşahidə olunacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 29-32° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət
gecə 70-75 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi
gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda
qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və
səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq
küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.
