Bakı. Trend:
Xocavənd şəhərinə, rayonun Qırmızı Bazar qəsəbəsinə və Xocavənd kəndinə növbəti köç karvanı yola salınıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, doğma yurdlarına qayıdan ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
Bu mərhələdə Xocavənd şəhərinə 20 ailə (81 nəfər), Qırmızı Bazar qəsəbəsinə 2 ailə (9 nəfər), Xocavənd kəndinə isə 5 ailə (17 nəfər) olmaqla, ümumilikdə 27 ailə – 107 nəfər köçürülür.
Xəbər yenilənəcək
