FIFA-ya qadın rəhbərlik edə bilər

Dünya xəbərləri Materials 5 Avqust 2026 11:56 (UTC +04:00)
FIFA-ya qadın rəhbərlik edə bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Beynəlxalq Futbol Federasiyasının (FIFA sabiq prezidenti Yozef Blatter sosial şəbəkə hesablarında futbol qurumunun başına Canni İnfantinonun əvəzinə Norveçli Liza Klavenessin gətirilməsini təklif edib.

Sabir prezident bu barədə sosial şəbəkə hesabında yazıb.

"Liza Klaveness ən yüksək hörmətə layiqdir. O, hər zaman aydın mövqe nümayiş etdirən və heç vaxt axına qoşulmayan yeganə şəxs olub. FIFA-ya artıq qadının rəhbərlik etməsinin vaxtı çatıb", – deyə Blatter sosial şəbəkə hesabında yazıb.

45 yaşlı Klaveness Norveç milli komandasının sabiq futbolçusudur. O, 2022-ci ildə Norveç Futbol Assosiasiyasının (NFF) prezidenti seçilib.

İyulun 28-də yayılan məlumata görə, İnfantino turnirin idarə olunması üçün ayrıca şirkətin yaradılması və onun səhmlərinin təxminən 20-30 faizinin investorlara satılması imkanını nəzərdən keçirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti