Ələtdə dənizdə iki nəfər boğulub: biri azyaşlıdır

Hadisə Materials 4 Avqust 2026 09:19 (UTC +04:00)
Ələtdə dənizdə iki nəfər boğulub: biri azyaşlıdır
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 3-də Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində dənizin nəzarətsiz hissəsində iki nəfərin boğulması ilə nəticələnən faciə baş verib.

Trend-in məlumatına görə, 1990-cı il təvəllüdlü Aris Əfqan oğlu Əlihəsənov və onun qardaşı oğlu, 2011-ci il təvəllüdlü Həsən Asif oğlu Əlihəsənov dənizdə çimərkən suda boğulublar.

Aris Əlihəsənovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Həsən Əlihəsənovun meyitinin axtarışları isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən davam etdirilir.

Faktla bağlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti