Rusiyada azərbaycanlı blogerə qiyabi həbs qərarı çıxarılıb

Dünya xəbərləri Materials 4 Avqust 2026 14:42 (UTC +04:00)
Rusiyada azərbaycanlı blogerə qiyabi həbs qərarı çıxarılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiyada Moskvanın Presnenski Rayon Məhkəməsi azərbaycan əsilli bloger Hüseyn Həsənova qiyabi hökm çıxarıb.

Bu barədə TASS məlumat yayıb.

Məhkəmə onu cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (çirkli pulların yuyulması) işi üzrə 4 il müddətinə azadlıqdan məhrum edib.

Bundan əlavə, Hüseyn Həsənov 1 milyon rubl məbləğində cərimə ödəməli olacaq və iki il müddətində internetin Rusiya seqmentində kontent paylaşmaq hüququndan məhrum edilib.

Həmçinin onun dəyəri 46 milyon rubl (təxminən 575 min ABŞ dolları) qiymətləndirilən "Moscow City" kompleksindəki mənzili müsadirə olunub.

İstintaqın qənaətinə görə, fərdi sahibkar kimi fəaliyyət göstərən Hüseyn Həsənov 170 milyon rubldan artıq məbləğdə vergi ödəməkdən yayınıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti