İlk yarımildə məişət zorakılığı törədən qadınların sayı açıqlanıb

Cəmiyyət Materials 3 Avqust 2026 15:47 (UTC +04:00)
İlk yarımildə məişət zorakılığı törədən qadınların sayı açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin ilk altı ayı ərzində məişət zorakılığı törədənlərin sayı açıqlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin Baş məsləhətçisi Rahil Süleymanzadə məlumat verib.

O bildirib ki, 2026-cı ilin ilk altı ayı ərzində Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı ümumilikdə 292 müraciət daxil olub:

"Müraciət edənlərin 47-si kişi, 230-u qadın, 15-i isə uşaq olub. Məişət zorakılığı törətdiyi bildirilən şəxslərin bölgüsünə əsasən, 281 nəfər kişi, 124 nəfər qadın və 1 nəfər uşaq qeydə alınıb. Kişi törədənlər arasında 90 nəfər ər, 69 nəfər isə keçmiş ər olub. Qadın törədənlər arasında isə 6 nəfər rəsmi həyat yoldaşı (arvad), 8 nəfər keçmiş arvad olub. Bundan əlavə, qeyri-rəsmi münasibətdə olan şəxslər tərəfindən törədildiyi bildirilən 14 məişət zorakılığı faktı qeydə alınıb.
Məişət zorakılığından zərərçəkənlərin bölgüsünə əsasən, 49 nəfər kişi, 284 nəfər qadın və 344 nəfər uşaq zərərçəkmiş şəxs kimi qeydə alınıb".

Rahil Süleymanzadənin sözlərinə görə, zorakılığın növlərinə görə isə müraciətlərin təhlili göstərir ki, 197 fakt fiziki zorakılıq, 62 fakt psixi zorakılıq, 27 fakt iqtisadi zorakılıq, 6 fakt isə cinsi zorakılıq ilə bağlı olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti